ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası iyunun 21-də Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi ilə bağlı dinləmələr keçirəcək.
Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, komissiya Qarabağda və onun ətrafında zorakılığın yenidən baş verməsi riskinin artdığını vurğulayıb.
Məlumatda bildirilir ki, Laçın dəhlizinin blokadası 7 aydır, o cümlədən Azərbaycanın hərbi keçid məntəqəsini açması ilə davam edir ki, bu da 2020-ci il atəşkəs sazişinin müddəalarına ziddir.
“Hazırda ABŞ Dövlət Departamentinin nümayəndələri də daxil olmaqla, yeni genişmiqyaslı müharibə riskini azaltmaq üçün bir sıra beynəlxalq səylər davam edir. Əsas məsələ Azərbaycanın nəzarəti bərqərar etməyə çalışdığı Qarabağda etnik ermənilərin hüquqlarını və təhlükəsizliyini adekvat şəkildə qorumaq üçün nə tələb olunur”, – deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Tom Lantos İnsan Haqları Komissiyası onu da əlavə edir ki, iyunun 21-də keçiriləcək dinləmələrdə blokada və danışıqlar zamanı həssas etnik qrupların müdafiəsi səyləri müzakirə olunacaq və ABŞ-ın məsələ ilə bağlı siyasəti tövsiyələr veriləcək.