“ABŞ KEÇMİŞ SSRİ-NİN BÜTÜN ÖLKƏLƏRİNƏ MİSLİ GÖRÜNMƏMİŞ TƏZYİQ GÖSTƏRİR” – PATRUŞEVbackend

“ABŞ KEÇMİŞ SSRİ-NİN BÜTÜN ÖLKƏLƏRİNƏ MİSLİ GÖRÜNMƏMİŞ TƏZYİQ GÖSTƏRİR” – PATRUŞEV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikolay Patruşevin sözlərinə görə, ABŞ MDB, Aİİ və KTMT-də inteqrasiya proseslərinə mane olmaq məqsədi daşıyır.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Nikolay Patruşev KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib ki, ABŞ əsas məqsədi keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir.

“Vaşinqton postsovet məkanının bütün dövlətlərinə görünməmiş təzyiq göstərir”, – Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.

Onun sözlərinə görə, əsas məqsəd “keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq, həmçinin MDB, Aİİ və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır”.

“Anqlo-saksonlar öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdid yolu ilə maraqları ilə hesablaşmağı belə düşünmədikləri maksimum sayda dövlətləri öz dairələrinə cəlb etməyə çalışırlar”, – Nikolay Patruşev bildirib.