Vaşinqton BMT Təhlükəsizlik Şurasına İsrail əleyhinə sanksiyaların çıxarılmasına imkan verməyəcək.
Vaşinqton BMT Təhlükəsizlik Şurasına İsrail əleyhinə sanksiyaların çıxarılmasına imkan verməyəcək.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin sədr müavini Mark Toner söyləyib. O, ABŞ-ın İsrailə qarşı birtərəfli fəaliyyətlərin qarşısını alacağını bildirib.
Qeyd edək ki, bir müddət öncə BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin ərazilərində məskunlaşdırma siyasətini pisləyən qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsinə ABŞ veto qoymayıb. Bu, İsrailin kəskin etirazına səbəb olub.