ABŞ İranla nüvə sazişi məsələsində ortaq məxrəcə gələ bilər. Tribunainfo.az xəbər verir ki, bu fikirlər MAQATE rəhbəri Rafael Grossiyə məxsudur.
O bildirib ki, Kəmalə Harrisin ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə İranla Nüvə Razılaşması Sazişini bərpa etməyə və ya yeniləməyə hazır olduğu barədə məlumatı var.
Onun sözlərinə görə, Donald Tramp seçilərsə, bu sazişin aqibətinin necə olacağını bilmir.