TİA.Az xəbər verir ki, ABŞ-ın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurası İrandakı etiraz aksiyaları ilə bağlı toplanıb. Toplantıda çıxış edən ABŞ-ın BMT-dəki səfiri Nikki Haley BMT-ni İrandakı aksiyalara müdaxilə etməyə çağırıb. O ” iranlıların səsini eşitməliyik, İran xalqı hökumətin Əsəd rejiminə dəstək vermək məqsədilə Suriyada 6 milyard dollar xərclədiyini billir və dövlətin qatillərə, diktatorlara milyardlarla dollarları göndərməməsi üçün etiraz aksiyası keçirir.
ABŞ müstəqillik, rifah və ölkələri üçün mübarizə aparan İran xalqının yanındadır. Bu məsələdə səssiz qalmayacağıq, İrana müstəqillik gətirəcəyik” deyib. Lakin Haleyin bu çağırışına səs verən olmayıb. Rusiya və Fransa isə bu təklifi qəti surətdə tənqid edib. Belə ki, Rusiyanın BMT-dəki təmsilçisi Vasiliy Nebenziya “ABŞ saxta bəhanələrlə İranın daxili işlərinə qarışır, icazə verin İran öz problemini özü həll etsin” deyib. Fransanın BMT-dəki təmsilçisi isə Nebenziyanın fikirlərinə bənzər fikirlər səsləndirərək “İrandakı etiraz aksiyaları beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmir” deyib.
Vəsilə İbrahim
TİA.Az