“The New York Times” Amerika kəşfiyyatına istinadən yazır ki, ABŞ İranın HƏMAS-ın İsrailə hücumundan xəbəri olmadığı barədə məlumat alıb. Qəzetin yazdığına görə, hücum İran hakimiyyəti üçün sürpriz olub.
Tribunainfo.az xəbər verir ki, bu məlumat İranın İsrailə hücumun planlaşdırılmasında bilavasitə əli olduğuna dair şübhələri daha da artırıb, lakin belə bir sübut tapılmayıb.
ABŞ rəsmiləri bildiriblər ki, kəşfiyyat İranın mümkün iştirakı ilə bağlı araşdırmaları davam etdirir.
NYT qeyd edir ki, İran uzun illər HƏMAS-a böyük miqdarda silah tədarük edib.