ABŞ İRANI VURDUQDAN SONRA İRANDAN CAVAB GƏLDİbackend

ABŞ İRANI VURDUQDAN SONRA İRANDAN CAVAB GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzaya hücumlarına görə İsraillə hesablaşan və Suriyadakı obyektləri ABŞ tərəfindən vurulan İrandan diqqətçəkən addım gəldi.

Tribunainfo.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, İran Ordusu Quru Qoşunları İsfahan vilayətində 2 günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

İsrailin HƏMAS ilə müharibəsi, digər tərəfdən ABŞ-ın Suriyadakı müharibəsi, obyektlərə hücum bölgədə gərginliyi artırıb.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, quru qoşunlarının “1402 Power” adlı təlimində raket, artilleriya, hava, piyada, zirehli, hava-desant, elektron hərb və müasir döyüş bölmələri iştirak edir.

2 gün davam edəcək və İsfahanın Nəsrabad bölgəsində keçiriləcək genişmiqyaslı təlimdə 200-dən çox nəqliyyat və hücum helikopteri iştirak edir, hava qüvvələrinə bağlı birliklər də dəstək verir. Təlimdə quru qoşunlarının mümkün təhlükələrə qarşı döyüş və müdafiə qabiliyyəti qiymətləndiriləcək.