ABŞ İrana zərbə endirə bilərmi? – Analitik şərh edirbackend

ABŞ İrana zərbə endirə bilərmi? – Analitik şərh edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrandan həmlə gözləmədiyimiz vaxtda İsrailə 500 nüvə başlıqlı ballistik raket atmasının gedişatı nəyi göstərir? Əgər işin içinə Amerika da qarışarsa ardınca Çin və Rusiya da qarışa bilərmi? bölgəsəl savaş böyüyə bilərmi?

Bu barədə Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, əslində İranın İsrailə cavab verəcəyi müəyyən mənada gözlənilən idi. Çünki İsrail tərəfi bir neçə dəfə İranı təhdid etmiş və İranla bağlı məlum siyasi təşkilatların liderlərinin qətlə yetirilməsinə fətva vermişdi.

Ekspertin sözlərinə görə, nəticə etibarilə HƏMAS lideri Həmayi və Hizbullah lideri Şeyx Nəsrullah İsrail tərəfindən endirilən raket zərbələri nəticəsində dünyalarını dəyişdilər.

“Təbii ki, bu ilk növbədə İranı bölgədə münaqişəyə sürükləmək məqsədilə düşünülmüş bir layihənin tərkib hissəsidir. İran və onun müttəfiqləri də təbii ki, bu məsələlərin mahiyyətinə varmamış deyillər. Lakin İranın İsrailə beynəlxalq hüquqla cavab vermək, ən azı özünü müdafiə etmək hüququ var. İran bu kontükstdən çıxış edərək İsrailə zərbə endirib. Digər tərəfdən İran İsrailin birbaşa ancaq hərbi obyektlərini və hərbi infrastrukturunu hədəf alıb. Bu da İran tərəfindən İsrailə endirilən zərbələr gedişatında İsraildə mülki əhali arasında tələfatın olmaması ilə bağlı bəlli amillərdən irəli gəlir.

Amma bununla belə rəsmi Tehran bəyan edib ki, əgər İsrail cavab verərsə o zaman İranın təbii ki, İsrailin tümlüklə hərbi və enerji infrastrukturunu sıradan çıxarmaq üçün ciddi imkanları var. İran da bu imkanlardan çıxış edərək İsrailə növbəti zərbələrini endirə bilər.

Bütövlükdə isə artıq eskavasiyanın nəzarət altından çıxma ehtimalları böyükdür. İranın artıq İsrailə nüvə zərbələri endirməsindən sonra Bayden və ABŞ-ın İraqda olan hərbi qüvvələri sərəncam verib ki, İsrailə endirilən raket zərbələrinin qarşısını Amerika hərbi qüvvələri də alsınlar. Bu mənada İsrailə dəstək olsunlar.

Məsələ artıq BMT-nin təhlükəsizlik şurasında müzakirəyə çıxarılacaq. Əgər BMT-nin təhlükəsizlik şurası və İsrail İranın hakim siyasi dairələrinin mövqeyinə təsir göstərə biləcək qlobal güclər bəlli dövlətlərin rəhbərlərini məlum mövqedən çəkindirməyə nail olmasa bu regional münaqişənin qlobal maştabda müharibəyə çevrilmə ehtimalı böyükdür.

Düşünürəm ki, hər halda hər iki tərəfdə sağlam məntiqə istinadla siyasətçilər problemin reallıqlarından çıxış edərək bunun böyüməsinin qarşısını ala biləcklər. Çünki İranla bağlı proksi qüvvələrin də İsrailə qarşı müharibəyə cəlb edilməsi regional münaqişənin daha böyük maştabda böyüməsi üçün zəmin yaradacaq. İsrailin vəziyyəti isə heç də yaxşı olmayacaq. Çünki İsrail həm Hizbullaha qarşı həm HƏMAS-a, etiraf etmək lazımdır ki, hələ də HƏMAS-ın qevvələrini məhv etməyib. İrana və o bölgədə digər ərəb ölkələrinə qarşı durmalı olacaq. Məlum qarşıdurmanın islam ərəb dqnyasında doğura biləcəyi effekt də İsrail üçün ciddi bumeranq təsir bağışlaya bilər. Bunu birləşmiş ştatlar da , yeni dünya nizamına qarşı çıxan qlobal güclər də ilk növbədə Rusiya və Çin də gözəl anlayırlar. Qarşıdurmanın sivilizasiyalararası qarşıdurmaya çevrilməməsi üçün lazım olan bütün addımlar atılmalıdır”.

 

 

Dəniz Pənahova