ABŞ və müttəfiqləri Tehranın Moskvaya ballistik raketlər ötürəcəyi iddiası ilə İrana daha sərt sanksiyalarla bağlı xəbərdarlıq edib.
Tribunainfo.az Hraparak-a istinadən xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
“Biz və tərəfdaşlarımız həm Yeddilik Qrupunun, həm də NATO-nun bu yay keçirilən sammitlərində aydın şəkildə ifadə etdiyimiz kimi, İran ballistik raketlərin ötürülməsi ilə irəliləyərsə, biz birlikdə tez və güclü şəkildə cavab verməyə hazırıq”.
Reuters daha əvvəl bildirmişdi ki, Avropa kəşfiyyat agentlikləri İranın yaxın gələcəkdə Rusiyaya yüzlərlə qısa mənzilli ballistik raketlər göndərəcəyini gözləyir.