Çeçenistan lideri Ramzan Kadırov Donald Trampın İrandakı etiraz aksiyalarına verdiyi dəstəyi tənqid edib. TİA.AZ xəbər verir ki, Tvitter sosial şəbəkəsindən paylaşım edən Kadırov Donald Trampın uyğun zaman kəsimində İrandakı etirazçılara dəstək vermək istədiyini bildirib. Kadırov həmçinin, bu dəstəyin vaxtilə Liviya, Suriya, İraq, Əfqanıstan, Vyetnam və digər ölkələrə də verildiyini vurğulayıb. Sonda isə Kadırov “ABŞ İran üçün “Troya atı” hazırlayır” yazıb.
Vəsilə İbrahim