backend

ABŞ İran, Rusiya, Kuba və Venesuelaya qarşı sanksiyaların müddətini uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar İran, Rusiya, Kuba və Venesuelaya qarşı sanksiyaların müddətini müvafiq olaraq 1 il müddətinə uzadıb. 

Birləşmiş Ştatlar İran, Rusiya, Kuba və Venesuelaya qarşı sanksiyaların müddətini müvafiq olaraq 1 il müddətinə uzadıb.

“Report” xəbər verir ki, Ağ Evin məlumatına görə, bu barədə prezident Barak Obamanın qəbul etdiyi qərarlarda bildirilir.

Obama Konqres rəhbərlərinin adına yazdığı məktubda Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını Krımın işğalı və Ukraynanın şərqindəki vəziyyətlə izah edir.

İranla bağlı məktubda isə qeyd olunur ki, “bu ölkə hökumətinin müəyyən siyasət və hərəkətləri ABŞ-ın regiondakı maraqlarına ziddir və Birləşmiş Ştatların milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhlükə kəsb etməkdə davam edir”.

Venesuela ilə bağlı Konqress rəhbərlərinə yazılmış məktubda isə bu ölkədə insan haqlarının pozulması, mətbuat azadlığının məhdudlaşdırılması, anti-hökumət etirazlarına cavab olaraq güc tətbiqi və s. səbəb gətirilir.

Məktubda Kubaya qarşı sanksiyaların uzadılmasının isə bu ölkədən kütləvi miqrasiyanın qarşısının alınması zərurətindən irəli gəldiyi vurğulanır.