ABŞ İRAN OBYEKTLƏRİNİ VURDUbackend

ABŞ İRAN OBYEKTLƏRİNİ VURDU  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ silahlı qüvvələri prezident Co Baydenin göstərişi ilə Suriyada İrana aid iki obyektə zərbələr endirib. Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.

“Prezident Baydenin əmri ilə ABŞ qüvvələri Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu və əlaqəli qruplar tərəfindən istifadə edilən iki obyektə özünümüdafiə zərbələri endirib”, – Ostin Pentaqonun mətbuat xidmətinin yaydığı yazılı açıqlamada bildirib.

ABŞ hərbi departamentinin rəhbərinin sözlərinə görə, “özünümüdafiə məqsədi ilə bu dəqiq zərbələr oktyabrın 17-dən bəri İraq və Suriyada Amerika personalına qarşı İrana bağlı yaraqlıların ardıcıl və böyük ölçüdə uğursuz hücumlarına cavabdır”.

“Bayden ABŞ-ın bu cür hücumlara dözməyəcəyinə və özünü, vətəndaşlarını və maraqlarını müdafiə edəcəyinə dair aydın mesaj göndərməyi əmr etdi”, – Ostin bildirib.