ABŞ-ın sabiq Prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etmək və bu ölkənin lideri Kim Çen İnlə görüşmək istəyir.
ABŞ-ın sabiq Prezidenti Cimmi Karter Koreya Xalq Demokratik Respublikasına səfər etmək və bu ölkənin lideri Kim Çen İnlə görüşmək istəyir.
Bu barədə TİA.AZ xarici mətbuata istinadən məlumat verir.
Bir neçə gün əvvəl “Washington Post” qəzeti 93 yaşlı C.Karterin ABŞ rəhbərliyini danışıqlar aparmaq üçün Şimali Koreyaya yüksək səviyyəli nümayəndə heyəti göndərməyə çağırdığını yazmışdı.
Xatırladaq ki, 1994-cü ildə C.Karterin köməkliyi ilə Birləşmiş Ştatlarla KXDR arasında “ilk nüvə böhranı”ndan çıxış üzrə Cenevrə razılaşması əldə olunmuşdu.