ABŞ-ın raket esminesi Qara dənizi tərk edib

ABŞ-ın raket esminesi Qara dənizi tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “Carney” raket esminesi Qara dəniz hövzəsini tərk edib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.

“Carney” müttəfiq və tərəfdaşlarla qarşılıqlı fəaliyyət və təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatdan sonra avqustun 27-də Qara dənizdən çıxıb”, – deyə idarədən bildirilib.

Gəmi Qara dənizə avqustun 13-də daxil olub.