ABŞ-ın neft ixracı rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın neft ixracı 22-29 sentyabr həftəsində 1,984 mln. barel/günə yüksələrək tarixi rekord həddə çatıb.
 

ABŞ-ın neft ixracı 22-29 sentyabr həftəsində 1,984 mln. barel/günə yüksələrək tarixi rekord həddə çatıb. 

TİA.AZ ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsinə (EİA) istinadən xəbər verir ki, əvvəlki həftə ilə müqayisədə gündəlik neft ixracı 493 min barel və ya 33% artıb.

Fransanın “Societe Generale” bankından Maykl Uittner (Michael Wittner) göstəricini şərh edərək bildirib ki, qlobal neft bazarı yüngül növ neftə ehtiyac duyduğu üçün ABŞ-ın ixracı artıb. Buna səbəb həmçinin ABŞ-da mövsümi tələbin azalması amili olub. Yaxın aylarda mövsümi amillər səbəbindən neft qiymətlərində azalma müşahidə oluna bilər.

Neft qiymətləri həmçinin hasilatçıların bu səviyyələrdən özlərini hedc etməsi səbəbindən geriləyir. “Tortoise Capital Advisors” hedc fondundan Brayan Kissens (Brian Kessens) bildirib ki, “neftçilər fyuçers kontraktlarını satmaq üçün hər bir imkandan istifadə edirlər”.

Qeyd edək ki, 22-29 sentyabr həftəsində ABŞ-ın neft idxalı 213 min barel/gün və ya 2,9% azalaraq 7,2 mln. barel/günə geriləyib. Nəticədə, ABŞ-ın xalis neft idxalı həftəlik müqayisədə 706 min barel/gün və ya 11,9% azalaraq 5,23 mln. barel/gün təşkil edib.