ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı – FOTO

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Amerikada yaşayan azərbaycanlı keçmiş jurnalist Gündüz Tahirlinin açdığı marketdə olub. Modern.az-ın məlumatına görə, R.Kozlariç sosial şəbəkədəki səhifəsində Gündüz Tahirli ilə şəklini paylaşıb. Şəkil G.Tahirlinin işlətdiyi “Baku Delicious” marketində lentə alınıb.

Qeyd edək ki, Riçard Kozlariç 1994-97-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olub.

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirlı 1994-2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib. O. Hazırda ABŞ-də yaşayır…