ABŞ-IN İSRAİLDƏ GİZLİ HƏRBİ BAZASI AŞKAR EDİLDİbackend

ABŞ-IN İSRAİLDƏ GİZLİ HƏRBİ BAZASI AŞKAR EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İsraildə İrandan gələ biləcək təhlükələrə qarşı gizli hərbi bazası olduğu iddia edilir.

Tribunainfo.az xəbər verir ki, ABŞ-ın “The Intercept” saytının xəbərində,ABŞ Müdafiə Nazirliyinin İsrailin cənubundakı Negev səhrasındakı Har Keren dağının zirvəsində yerləşən gizli bazanın tikintisini sakitcə davam etdirdiyi bildirilib.

Xəbərdə Qəzzadan 32 kilometr uzaqlıqda, Negev səhrasında yerləşən “Site 512” kod adlı ABŞ bazasının İsrailə qarşı mümkün raket hücumlarını izləyən radar obyekti olduğu qeyd edilib.

Xəbərdə ABŞ administrasiyasının “Həmasa qarşı müharibədə İsrailə əsgər göndərilməsi planı yoxdur” açıqlamasına cavab olaraq, artıq İsraildə ABŞ-ın gizli hərbi varlığının olduğuna diqqət çəkilib.

Bildirilib ki, ABŞ Müdafiə Nazirliyi avqustun 2-də İsraildə “həyat dəstəyi zonası”nın tikintisi üçün imzaladığı 35,8 milyon dollarlıq müqavilədə dolayısı ilə bu bazaya istinad edib.

Qeyd edək ki, Pentaqonun öz qeydlərində bu layihəni “dünyanın gizli layihələrindən biri” kimi qələmə verməklə əsl məqsədini gizlətməyə çalışdığına diqqət çəkilib.