ABŞ-ın 2023-cü il İnsan Haqları Hesabatı dərc olunub. Hesabatda Türkiyə ilə bağlı bölməyə 86 səhifə ayrılıb və bir sıra tənqidlər Ankaraya yönəlib.
Tribunainfo.az “Sözçü”yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin bütün dünya ölkələri üzrə hər il hazırladığı “İnsan Haqları Hesabatı” dərc olunub. 200 ölkə üçün ayrıca hazırlanan hesabatda Türkiyəyə 86 səhifə ayrılıb.
Hesabatı ictimaiyyətə açıqlayan ABŞ dövlət katibi Antoni Blinken İsrail-Fələstin problemi və Qəzzadakı humanitar böhran, Rusiyanın Ukraynadakı pozuntuları və Sudan böhranı kimi bəzi mövzulara istinad edib.