ABŞ-ın ən söyüşkən prezidenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları, bu ölkəyə arzuların reallaşdığı ölkə də deyilir. Bu ölkədə hətta heç kimlə danışmayan şəxsdən tutmuş fermer , aktyor ,şərhçi kimi peşə sahibləri prezidentlik postuna qədər yüksəliblər. 

Amerika Birləşmiş Ştatları, bu ölkəyə arzuların reallaşdığı ölkə də deyilir. Bu ölkədə hətta heç kimlə danışmayan şəxsdən tutmuş fermer , aktyor ,şərhçi kimi peşə sahibləri prezidentlik postuna qədər yüksəliblər.

TİA.AZ fins.az-a istinadən, ABŞ-ın son 15 prezidentinin tarixdə qoyduqları adları və haqqında elə də çox danışılmayan xüsusiyyətlərini təqdim edir.

Kalvin Kulidc (1923 – 1929) – qaradinməz prezident

Kalvin Kulidc vitse-prezident kimi prezident Qardinqi əvəz edib. 1924-cü ildə isə prezident seçilib. Onun heç kimlə danışmaması ümumiyyətlə söhbətçil olmaması haqqında əfsanələr gəzirdi. Kalvin Kulidc hətta rəsmi tədbirlər də bir kəlmə belə danışmırdı. Prezident 12 saatdan az yatmırdı və kompleksli olması ilə fərqlənirdi. Kulidcin həyat yoldaşı Viktoriya da daim prezidenti söhbətçil olmağa və heç olmasa onla ünsiyyətdə olmağa çağırırdı. Kalvin Kulidc ABŞ-ın sayca 30-cu prezidentidir.

Qerbert Quver (1929-1933) ən bəxtsiz prezident

O 1928-ci ildə Respublikaçılar partiyasından prezident seçilib. Həmin dövrdə Amerika böyük iqtisadi böhran içərisində idi. 4 ildən sonra növbəti seçkilərdə ona cəmi 6 ştatdan səs vermişdilər. Onun prezident olduğu dövrdə hətta ABŞ o qədər dərin böhran içərisin də ididki bu dövrü Amerikada “böyük depressiya” dövrü adlandırırlar. Qerbert Quver azad bazar iqtisadiyyatının tərəfdarı idi. O hökumətin iqtisadiyyata müdaxiləsini lüzumsuz sayırdı. ABŞ ın 31-ci prezidenti olan Qerbert Quver 90 yaşa qədər yaşayıb.

Franklin Ruzvelt (1933-1945) 4 qat prezident

Ruzvelt 1932-ci ildə ABŞ- ın 42 ştatında qalib gələrək prezident seçilib. Qeyd edək ki, o 40 yaşından Poliomielit xəstəliyinə tutulur. Məhz bu səbəbdəndə sərbəst gəzə bilmirdi və həmişə oğullarının qollarına girərək hərəkət edirdi. Franklin prezident seçildiyi dövrdə ABŞ da gərgin dövr idi. Banklar sürətlə bağlanır insanlar kütləvi şəkildə işsiz qalırdılar. O “Yeni Kurs”adı altında dövlətin iqtisadiyyata müdaxiləsini təşkil etdi. Bundan sonra ölkə tədricən iqtisadi böhrandan çıxmağa başladı və artıq 1945-ci ildə ölkə dünya liderinə çevrildi. Franklin Ruzvelt ABŞ tarixində 3 dəfə arda –arda prezident seçilən yeganə şəxsdir. 1944-cü ildə isə ikinci dünya müharibəsinə görə o prezident olaraq qalır. Amma İkinci dünya müharibəsinin qələbə sevincini yaşaya bilmir. Qələbəyə bir neçə gün qalmış prezident vəfat edir.

Harri Trumen (1945-1953) söyüşkən prezident

O, tarixdə Naqasaki və Xirosimaya nüvə bombası atan preident kimi qalıb. Bundan başqa daim söyüş söymək də Trumenin sevimli xasiyyətlərindən biri olub. O daim silahdaşlarını ana söyüşü ilə təhqir edərmiş . Amerikalılar arasında demək olar heç bir populyarlıq olmayan prezidentlərdən olub.

Duayt Devid Eyzenhauer (1953-1961) Alman prezident

Duayt Devid Eyzenhauer, “Ayk” ləqəbi ilə tanınıb. Alman əsilli yeganə ABŞ prezidentidir. Sayca ikinci general prezidentdir. O heç bir partiya üzvü olmayıb. Partiyalardan dəfələrlə təklif alıb məhz bundan sonra o respublikaçılar partiyasına üzv olub. O iki dəfə ABŞ prezidenti seçilib.

Con Kennedi (1961-1963) ən çox sevilən prezident

ABŞ ın 35 – ci prezidentidir. O ABŞ-da ən çox sevilən və ən məşhur prezident olub. O da Ruzvelt kimi fiziki qüsurlu olub. Kennedinin bir çox xəstəliklərinin olduğu söylənilirdi. Onurğasına görə korset taxır bundan əlavə belində metallik implantant gəzdirirdi. O Merlin Manro və digər məşhurlarla sevgili olması ilə də daim özündən söz açdırırdı.

Lindon Conson (1963-1969) müharibə prezidenti

Kennedi öldürüldükdən sonra onu Lindon Conson əvəz edir. Ö özünü daha ciddi prezident sayırdı. O amerikalıların xatirəsində ikinci Ruzvelt kimi qalmaq istəyirdi, amma Vyetnamda müharibə edən şəxs kimi qaldı. O prezidentlik dövründən sonra depresiya keçirərək vəfat edir. Lindon Conson çox kobud və qəddar adam kimi tarixə düşüb. Hətta onun ayaq yolunda olarkən nazirlərlə iclas apardığı bildirilir.

Riçard Nikson (1969-1974) istefa verən yeganə ABŞ prezidenti

Nikson gözlənilməz hərəkətləri ilə seçilirdi. Heç kim onun nə vaxt nə deyəcəyini və nə etdiyini bilmirdi. O prezidentlik müddəti bitməmiş istefa verən yeganə Amerika prezidentidir.

Cerald Ford (1974-1977) təyin olunmuş prezident

Niksonu əvəz edən Cerald Ford heç vaxt prezident seçilməyib . Əvvəlki vitse –prezident Spiro Anqo korrupsiyaya əl atdığından onun yerinə Cerald Ford təyin olunur və daha sonra o prezidentlik vəzifəsini yerinə yetirməyə başlayır. O 93 yaşına qədər yaşayaraq uzun ömürlüyünə görə ABŞ prezidentləri arasında birinci olub.

Cimmi Karter (1977-1981) fermer prezident

Abş-ın 39-cu prezidentidir. O istəmirdi ki, ona xüsusi hörmətlə yanaşsınlar. Karter həmişə istəyirdi ki, onu sadəcə Cimmi deyə sadə bir oğlan kimi çağırsınlar. Onun sadəliyinə prezidentliyinin 4cü ilin də son qoyulur. Beləki 1980-ci ildə Amerikalı diplomatların İranda tutulması və onları azad etmə cəhdinin boşa getməsi Karteri daha da nüfuzdan salır. O beyin xərçənginə qalib gəlmiş yeganə şəxslərdəndir.

Ronald Reyqan (1981-1989) aktyor prezident

1980-ci ildə ABŞ –ın 40-cı prezidenti 69 yaşlı Reyqan olur. Ronald Reyqan idman şərhçisi, kinoaktyor olub. Kaliforniya ştatının qubernatoru olduqdan sonra Amerika Birləşmiş Ştatlarının prezidenti seçilmişdir. Kino karyerası ərzində 54 filmdə rol alıb. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Corc Buş (Ata) (1989-1993) təyyarəçi prezident

Böyük Buş ABŞ-a görünməmiş nüfuz gətirdi. O ABŞ-ın gücünü bütün dünyaya sübut etdi. Onun prezidentlik dövründə SSSR süqut etdi . Daha sonra Körfəzdə böyük müharibə başladır. Bununla o sübut edir ki, ABŞ harada və necə kimlə istəsə müharibə edə bilər.

Bill Klinton (1993-2001) inkişaf və Monika qalmaqalı

Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti . O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir.

1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi.

Corc Uoker Buş (2001-2009) axmaqcasına intervent

Onun hakimiyyətə gəlməsini çirkli əməlinə görə baş tutduğunu deyənlər də var. O 2000 ci ildə Florida ştatından prezidentlik uğrunda mübarizəyə başlayıb bu zaman Florida da onun qardaşı Ceb qubernator olub. O həmçinin 11 sentyabrda da ABŞ da baş verər terrorda da günahlandırılır . O islahatlar aparmasına baxmayaraq yenə də böyük nüfuz sahibi ola bilmədi və daha çox ən axmaq prezident kimi tarixə düşdü.

Barak Obama (2009-2017) ilk qara dərili prezident

Obama Corc Buşun fonunda parlaq ulduz kimi parıldayırdı. Ən birinci reytinqləri ona dərisinin rəngi qazandırırdı. O Nobel mükafatçısıdır. Onu Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı yumşaq yanaşmaqda ittiham edirlər. Barak Obama ABŞ-ın 44 cü prezidentidir.

Donald Tramp – (2017-dən)

70 yaşlı biznesmen, şoumen aktyor. ABŞ-ın 45-ci prezidenti heç də birmənalı qarşılanmır. Bəziləri ona nifrət edir bəziləri siə onun əsl lider olduğunu deyir. Zaman isə hər şeyi – onun sələflərindən nə ilə fərqlənəcəyini və tarixdə hansı adı qoyacağını göstərəcək. Xatırladaq ki, Donald Tramp prezidentlik vəzifəsinin icrasına 2017-ci il yanvarın 20-dən başlayacaq.