ABŞ-ın əhalisi 512 milyonu keçdi – Miqrantların sayəsində

ABŞ-ın əhalisi 512 milyonu keçdi – Miqrantların sayəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci ildə Avropa İttifaqının 28 üzv ölkəsinin əhalisinin ümumi sayı 512,6 milyon nəfərə çatıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına görə, 2017-ci ilin əvvəli 511 milyon 521 min 700 nəfər olan Aİ əhalisi bu ilin əvvəli 512 milyon 596 min 400 nəfərə çatıb. Beləliklə, Aİ əhalisi bir ildə 1 milyon 74 min 700 nəfər artıb.
Almaniya 82 milyon 850 min nəfər əhalisi ilə Avropa İttifaqının ən çox insan yaşayan ölkəsidir. İkinci yerdə 67 milyon 221 min 900 nəfərlə Fransa, üçüncü yerdə 66 milyon 186 min 400 nəfərlə İngiltərə gəlir. Onları 60 milyon 484 min nəfərlə İtaliya və 46 milyon 569 min 300 nəfərlə İspaniya izləyir.
Avropa İttifaqının ən az əhalisi olan ölkə isə 475 min 700 nəfərlə Maltadır. Maltadan daha çox əhalisi olan ölkələr 602 min nəfərlə Lüksemburq və 864 min 200 nəfərlə yunan Kipridir.
Avropa İttifaqının 28 ölkəsində 2017-ci ildə ölümlərin sayı doğuşların sayını keçmişdi. Aİ-də ümumilikdə 5 milyon 262 min 700 ölüm, 5 milyon 58 min 600 doğum halı qeydə alınıb. İttifaqın əhali artımı daha çox qaçqınların gəlişi ilə bağlıdır.