ABŞ-ın dövlət borcunun həcmi ilk dəfə olaraq 32 trilyon dollar həddini keçib.
Tribunainfo.az xəbər verir ki, statistik təhlildə 1993-cü ilin məlumatları nəzərə alınıb.
Hazırda ölkənin ümumi ödənilməmiş dövlət borcu 32 trilyon 39 milyard 244 milyon ABŞ dollarıdır. İki gün əvvəl bu, 31,95 trilyon dollar olaraq qiymətləndirilmişdi.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ-ın dövlət borcu 31,4 trilyon dollar həddini keçib. Bundan sonra ABŞ Xəzinədarlığı limitin qaldırılmaması halında defolt təhlükəsi barədə dəfələrlə xəbərdarlıq edib.
İyunun 3-də Bayden 2025-ci il yanvarın 2-dən milli borc tavanının artırılmasını nəzərdə tutan qanunu imzalayıb. O vaxta qədər limit dayandırılıb. Sənəd ABŞ administrasiyası ilə Konqres arasında uzlaşmanın nəticəsində qəbul edilib.