ABŞ-IN ÇİNƏ QARŞI YENİ SANKSİYALAR PAKETİ… VAŞİNQTON BU SAHƏNİ NƏZARƏTƏ GÖTÜRÜR…backend

ABŞ-IN ÇİNƏ QARŞI YENİ SANKSİYALAR PAKETİ… VAŞİNQTON BU SAHƏNİ NƏZARƏTƏ GÖTÜRÜR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Wall Street Journal” dərgisində yayımlanan məqaləyə görə, ABŞ Çinə qarşı yeni sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. Vaşinqton Amerika şirkətlərinə Çinin bir sıra texnoloji sahələrinə yatırım qoymağı qadağan edəcək. Vaşinqton Çinin mikrosxemlərin istehsalında liderliyini əngəlləmək istəyir. Pekin Vaşinqtonu Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozmaqda ittiham edib.

Tribunainfo.az yazır ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Vaşinqton Çinin yarımkeçiricilər sahəsinin inkişafını da əngəlləməyə çalışır:

“Amerika vətəndaşlarına Çinin texnoloji şirkətlərində işləmək qadağan ediləcək. Vaşonqtonda hesab edirlər ki, Pekin illər uzunu Amerika şirkətlərinin texnoloji kəşflərindən istifadə edərək Çinin eyni sahədə fəaliyyətini genişləndirib və bu naliyyətlərdən ordunun təhcizatı üçün istifadə olunub.

ABŞ-ın əngəllərinə ilk reaksiya Çinin bu ölkədəki səfirliyindən gəlib. Səfirliyin yaydığı açıqlamada, heç bir qadağanın Çin elminin və texnologiyalarının inkişafına mane olmayacağı bildirilib. Qadağalar dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonraya saxlanılmışdı. Ancaq səfər Amerika səmasında Çin kəşfiyyat şarlarının uçması səbəbindən təxirə salındı. Bu səbəbdən Vaşinqton qadağa qərarlarını daha erkən verəcəyini bəyan edib”.

E.Şahinoğlu bildirib ki, Pekin ABŞ qadağalarına qarşı mübarizə strategiyası hazırlamağa başlayıb:

“Çin lideri Tsi Sinpinin baş müşaviri Lyu Xenin sözlərinə görə, ölkə təhlükəsizliyi və modernləşdirilməsi üçün gərəkən bütün addımlar atılacaq. Ancaq bəyanatla problem həll olunmur.

Çində yüksək texnologiyalar və çiplərin istehsalı sahələri üzrə mütəxəssislərin sayı çox deyil. Yəni Amerika Çinə problem yarada bilər. 2024-ci il üçün Çinin yarımkeçiricilərin sənayesində 800 min işçiyə ehtiyacı olacaq. Çin bunların üçdə bir hissəsini xarici ölkələrdən cəlb etməyi planlaşdırır. Çin Yaponiya, Cənubi Koreya və Hollandiyaya müraciət edərək yarımkeçiricilərin istehsalında əngəllərə qarşı birgə mübarizə aparmağı təklif edib. Bu ölkələrin Çinin çağırışına müsbət cavab verəcəyi çətindir. Bu ölkələr ABŞ-la strateji tərəfdaşdırlar. Əksinə Vaşinqton tərəfdaşlarının Çinin yüksək texnologiyalar istehsalına qoyulan qadağalara şərik olmasını istəyir”.