backend

ABŞ-ın bu ölkələrə 6 trilyon dollar borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın illik 18,5 trilyon dollarlıq milli gəlirinə qarşı özəl sektor xaric 19,9 trilyon dollar borcu var. 

ABŞ-ın illik 18,5 trilyon dollarlıq milli gəlirinə qarşı özəl sektor xaric 19,9 trilyon dollar borcu var.

TİA.AZ “Marja”ya istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin məlumatına görə, 2016-cı ilin dekabr ayında dünyanın ən böyük iqtisadiyyatında adambaşına düşən borc 61 min dollardan artıq məbləğdədir.

Ölkənin borcunun ən böyük hissəsini təxminən 14 trilyon dollarla öz vətəndaşlarına, ştatlara, banklara, sığorta şirkətlərinə, investisiya fondlarına, pensiya fondlarına və mərkəzi bank Fed-ə olan borclar, qalanını isə (6 trilyon dollara yaxın) ABŞ-ın istiqrazını almış xarici ölkələrə olan borclar təşkil edir.

Dünyanın üç böyük iqtisadiyyatından biri olan Yaponiya 1 trilyon 132 milyard dollarlıq, Çin isə 1 trilyon 116 milyard dollarlıq ABŞ xəzinə veksel və istiqrazlarına malikdir. Növbəti yerlərdə İrlandiya (271 milyard dollar), Kayman adaları (262 milyard dollar), Braziliya (255 milyard dollar), İsveçrə (235 milyard dollar), Lüksemburq (216 milyard dollar), İngiltərə (207 milyard dollar), Tayvan (189 milyard dollar) və Honq Konq (186 milyard dollar) gəlir.