“ABŞ-ın yeni administrasiyası Azərbaycanla bağlı siyasətini öz yanaşmalarından irəli gələrək quracaq”.
“ABŞ-ın yeni administrasiyası Azərbaycanla bağlı siyasətini öz yanaşmalarından irəli gələrək quracaq”.
TİA.AZ xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
Səfir qeyd edib: “Biz hələlik kimin prezident seçiləcəyəni, kimin yeni administrasiyada təmsil olunacağını bilmirik. Seçkilərin nəticələri açıqlandıqdan sonra yeni administrasiyanın xarici siyasətlə bağlı öz baxışları olacaq”.
Sekutanın sözlərinə görə, hələlik ABŞ-ın Azərbaycanla bağlı siyasətinin necə dəyişəcəyi barədə danışmaq tezdir.
“Qeyd edək ki, Obama administrasiyası gələn ilin yanvar ayının 20-nə qədər hakimiyyətdə qalacaq”.