ABŞ-ın 15 ştatı Tramp administrasiyasını məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın on beş ştatı və Vaşinqton immiqrant uşaqların müdafiəsi proqramının ləğvinin qarşısını almaq cəhdinə görə prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.

 

ABŞ-ın on beş ştatı və Vaşinqton immiqrant uşaqların müdafiəsi proqramının ləğvinin qarşısını almaq cəhdinə görə prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.

TİA.AZ Report-a istinadən xəbər verir ki, baş prokurorlar Nyu-York ştatının Bruklin Federal Məhkəməsində bununla bağlı iddia qaldırıblar.

Onlar təkid edirlər ki, immiqrant uşaqlar üçün təxirə salınmış hərəkət proqramının (“Deferred Action for Childhood Arrivals” – DACA) ləğvi haqqında qərar qeyri-konstitusiondur. Bir halda ki, insanları lazımi məhkəmə təhqiqatında hüquqdan məhrum edir.

Nyu-York ştatının baş prokuroru Erik Şnayderman prezidenti meksikalılara və Latın Amerikası ölkələrinin vətəndaşlarına qarşı qərəzli münasibətdə ittiham edərək Trampın planlarını “amansız, uzağı görməyən və insafsız” adlandırıb.