ABŞ hesab edir ki, Kreml Tu-160-ları Venesuelaya əbəs yerə göndərib

ABŞ hesab edir ki, Kreml Tu-160-ları Venesuelaya əbəs yerə göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın iki strateji raketdaşıyan Tu-160 təyyarəsini Venesuelaya göndərməsi sadəcə dövlət vəsaitinin xərclənməsidir.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ dövlət katibi Mayk Pompeo paylaşıb.

“Rusiya hökuməti öz bombardmançılarını Venesuelaya göndərib. Rusiya və Venesuela xalqları bu məsələyə belə baxmalıdırlar. İki korrupsiyaya bulaşmış hökumət xalqları əziyyət çəkdiyi bir vaxtda dövlət vəsaitini boşa xərcləyir və azadlığı tapdalayırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın 2 ədəd Tu-160 təyyarəsi ötən gün Venesuelaya göndərilib. Ekipaj təntənəli mərasimlə qarşılanıb.

Rus hərbçilərin həmkarlarına təlim keçəcəyi bildirilir.