“ABŞ GÜRCÜSTANDA RUSİYAYA QARŞI İKİNCİ CƏBHƏ AÇMAQ İSTƏYİR” – KEÇMİŞ CASUSbackend

“ABŞ GÜRCÜSTANDA RUSİYAYA QARŞI İKİNCİ CƏBHƏ AÇMAQ İSTƏYİR” – KEÇMİŞ CASUS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dəniz Piyadaları Korpusunun təqaüddə olan kəşfiyyat zabiti Skott Ritter ABŞ-ın “Tour of Duty” kanalına müsahibəsində deyib ki, ABŞ Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyir.

Tribunainfo.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton Gürcüstanda “yumşaq çevriliş” etmək üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə hər il 40 milyon dollar yardım göndərir.

O, iddia edir ki, ABŞ bu yolla Gürcüstan hökumətində “Rusiyaya qarşı “ikinci cəbhə” yaradılması da daxil olmaqla, Gürcüstanın məqsədlərinə deyil, Amerikaya uyğun gələn dəyişikliyə nail olmaq istəyir.

Keçmiş kəşfiyyatçının fikrincə, Gürcüstan Ukraynanın daha kiçik bir versiyasıdır.