ABŞ GÜRCÜSTANA XƏBƏRDARLIQ ETDİbackend

ABŞ GÜRCÜSTANA XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası ABŞ və Qərbdə narahatlıq doğurur.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel məlumat verib.

“Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşlar həyata keçirilərsə, bu, təkcə ABŞ və digər Qərb ölkələri üçün deyil, həm də ixrac-idxal məhdudiyyətlərinə məruz qalan təyyarələrə xidmət göstərdikləri təqdirdə Gürcüstanda və onun hava limanlarında fəaliyyət göstərə biləcək şirkətlərin artan narahatlığına səbəb olacaq”, – detə Patel əlavə edib.

O, qeyd edib ki, ABŞ bu vəziyyətə nəzarət edəcək və lazım gələrsə, əlavə tədbirlər görəcək.