ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edirbackend

ABŞ Gürcüstana viza sanksiyaları tətbiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o cümlədən məmur və onların ailə üzvlərinə viza sanksiyaları tətbiq edir.

Tribunainfo.az  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller brifinqdə açıqlayıb.
O vurğulayıb ki, bu, viza məhdudiyyətlərinin ilk paketidir və bu paketə Gürcüstanın hakim partiyasının üzvləri, deputatlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və fiziki şəxslər daxildir.

“Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən nəzərdən keçirəcək və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərinə doğru irəliləmək üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”, – sözçü vurğulayıb.