ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni direktoru Mike Pompeo bu gün Ankaraya səfər edir.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni direktoru Mike Pompeo bu gün Ankaraya səfər edir.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bununla da Kanzasın keçmiş senatoru olan Mike Pompeo CİA rəhbəri kimi ilk xarici səfərini Türkiyəyə reallaşdırmış olacaq.
Səfər çərçivəsində Mike Pompeonin prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Milli Təhlükəsizlik Təşkilatının (MİT) direktoru Hakan Fidanla görüşləri nəzərdə tutulub.
Görüşlərdə ABŞ-Türkiyə münasibətləri, Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, PYD və “FETÖ” terror təşkilatları ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı reallaşıb. Telefon söhbəti zamanı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsi gündəmə gətirilib.