ABŞ generalından etiraf: “YPG-yə biz təklif etdik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YPG-yə adını dəyişdirməyi biz məsləhət görmüşük. 

YPG-yə adını dəyişdirməyi biz məsləhət görmüşük.

TİA.AZ xəbər verir ki, bunu Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ ordusunun Xüsusi Əməliyyatlar Komandanı general Raymond Tomas söyləyib.

“Onlar özlərinə YPG deyirdilər. Türklər bizə PKK-ya bağlı olan düşmənləri ilə necə əlaqə qurduğumuzu soruşurdular. Buna görə YPG-yə adını dəyişdirməsini dedik. Bir gün sonra isə onlar adlarının Suriya Demokratik Gücləri olduğunu bəyan etdilər. Adlarının ortasına demokratik sözünün əlavə edilməsi çox ağıllı həmlə idi. Bu onlara dünyada bir qədər etibar qazandırdı”, – o bildirib.