ABŞ Fondu Qarabağla bağlı ermənilərə pul ayırıb

ABŞ Fondu Qarabağla bağlı ermənilərə pul ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ səfirinin Mədəni Dəyərlərin Mühafizəsi Fondu ötn gün İrəvanda tədbir keçirib. Tribunainfo.az xəbər verir ki, “Dağlıq Qarabağda yazılı irsin bərpası və təbliği” layihəsinin təqdimatını edib.

Fond Qarabağda “yazılmış əlyazmaların və onun qədim tarixinə aid” nadir sənədlərin bərpası və populyarlaşdırılması üçün 74 min dollar məbləğində vəsait ayırıb.

P.S. Əcəba Qarabağda qədim əlyazmalar niyə indiyə qədər yada düşmürdü? Və söhbət hansı qədim əlyazmalardan gedir? ABŞ səfirliyi bu məsələdə Azərbaycanın mövqeyini öyrənibmi?

Aydın məsələdir ki, proses qərəzlidir. Qarabağ Azərbaycan ərazisidir və onunla bağlı istənilən tədbir, layihə məhz Bakı ilə razılaşdırılmalıdır. Digər tərəfdən, ermənilər uzun zamandır saxtakarlıqları ilə ad çıxarıblar. ABŞ fondu da həmins axtakarlıqlardan daha birini maliyyələşdirmək qərarına gəlib.