ABŞ Fələstinin BMT-yə tam üzvlüyünü tələb edən qətnaməyə veto qoyub.
Tribunainfo.az Euronews-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünə yol açacaq BMT-nin geniş şəkildə dəstəklənən qətnaməsinə veto qoydu.
15 üzvdən ibarət Təhlükəsizlik Şurasında keçirilən səsvermədə 12-si lehinə, ABŞ isə əleyhinə səs verib; Britaniya və İsveçrə bitərəf qalıb.
Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Syerra-Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “hə” deyə səs verib.