Əgər Suriya hökuməti yeni konstitusiya layihəsi üzərində işləməkdən imtina etsə, ABŞ tərəfdaşları ilə birlikdə bu ölkəyə qarşı sərt sanksiyalar irəli sürəcək.
Oxu.Az xəbər verir ki, bu fikirləri “Reuters”ə müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.
“Əgər rejim bunu etməsə, biz onlarla 2015-ci ildə İranla davrandığımız kimi hərəkət edəcəyik”, – Ceffri bildirib.
Diplomat əlavə edib ki, ABŞ “təcrid siyasəti”ni də tətbiq edə bilər.
“Əgər BMT Təhlükəsizlik Şurası sanksiyaları təsdiqləməsə, biz Avropa Birliyi və asiyalı tərəfdaşlarımız vasitəsilə bunu edəcəyik”, – xüsusi nümayəndə bildirib.