ABŞ ERMƏNİSTANI RUSİYAYA YARDIM ETMƏKDƏ İTTİHAM EDİBbackend

ABŞ ERMƏNİSTANI RUSİYAYA YARDIM ETMƏKDƏ İTTİHAM EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sanksiyalara baxmayaraq, əsas elektron komponentlərin idxalının həcmini bərpa edə bilib.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim Brayen deyib ki, ölkəyə əsas mikroçiplərin və elektronikanın idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb.

Brayenin fikrincə, problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində onları Rusiyaya satırlar.

O qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında çox vacibdir. Onun sözlərinə görə, ABŞ sanksiyalardan yayınmağa kömək edən 5 ölkə müəyyən edib. bunlar: Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır.