ABŞ-ERMƏNİSTAN TƏLİMLƏRİ İRANI ƏSƏBLƏŞDİRDİ – TEHRAN MİRZOYANA TƏPKİbackend

ABŞ-ERMƏNİSTAN TƏLİMLƏRİ İRANI ƏSƏBLƏŞDİRDİ – TEHRAN MİRZOYANA TƏPKİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Abdullahian Ermənistanda keçirilən erməni-amerikan hərbi təlimlərinə toxunaraq deyib ki, Tehran regionda hər hansı xarici qüvvələrin olmasını regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirir.

Xarici işlər naziri vurğulayıb ki, hərtərəfli sülhə nail olmağın ən səmərəli yolu regional dialoq və mexanizmlər, o cümlədən “3+3” formatıdır.