Cümə günü, mayın 10-da Dövlət Departamenti üç HIMARS qurğusunun Ukraynaya təcili satışını təsdiqləyib.
Tribunainfo.az xəbər verir ki, Associated Press-in məlumatına görə, sövdələşmə təxminən 30 milyon dollar dəyərində olacaq. Ukrayna Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcək üç raket kompleksi almağı xahiş edib.
Dövlət katibi Antoni Blinken müəyyən edib ki, Ukraynaya lazımi silahların “dərhal satılmasını” tələb edən fövqəladə vəziyyət mövcuddur. Sistemlər Ordu ehtiyatlarından gələcək.
Qeyd edək ki, UNIAN-ın məlumatına görə, dünən ABŞ rəsmi olaraq Ukraynaya 400 milyon dollar məbləğində daha bir hərbi yardım paketi ayırdığını təsdiqləyib. Buraya “Patriot” və “Stinger”, “Bradley” və MRAP hava hücumundan müdafiə sistemləri, Javelin sistemləri və sair üçün raketlər daxildir. Ağ Ev yardımın ayrıldığını açıqlayıb.
Daha əvvəl Politico məlumat vermişdi ki, paketə artıq Amerika anbarlarında olan silahlar daxil olacaq. Nəşrin yazdığına görə, söhbət “Patriot” hava hücumundan müdafiə sistemi üçün yeni raketlərdən, “Stringer” zenit-raket kompleksindən, “Bradley” döyüş maşınlarından və digər silahlardan gedir.