ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTANI QOŞUNLARINI SƏRHƏDDƏN ÇIXARMAĞA ÇAĞIRIBbackend

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN VƏ ERMƏNİSTANI QOŞUNLARINI SƏRHƏDDƏN ÇIXARMAĞA ÇAĞIRIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Departamentinin məlumatına görə, qoşunların çıxarılması məsələsi mayın əvvəlində Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən danışıqlar zamanı müzakirə olunub.

Tribunainfo.az Sputnik Armeniya-yaistinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan liderlərini Silahlı Qüvvələrinin sərhəddən çıxarılmasına razılıq verməyə çağırır.

Bunu cümə axşamı keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel Azərbaycan-Ermənistan sərhədində son zamanlar eskalasiyanı şərh edərkən deyib.

“Biz hər iki ölkənin liderlərini 14-də Brüsseldə görüşdükləri zaman öz qüvvələrini geri çəkməyə çağırırıq”, – Patel bildirib.

O əlavə edib ki, bu məsələ mayın əvvəlində ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Vaşinqtonda danışıqlar zamanı müzakirə olunub.

Vaşinqtondakı danışıqlara gəlincə, Patel onları “vacib və müsbət addım” adlandırıb. Onun sözlərinə görə, tərəflər bəzi mühüm məsələləri müzakirə etmək, “qarşı tərəfin nöqteyi-nəzərini görmək” imkanı əldə ediblər.

“İrəliləmək üçün hələ bir yol olduğuna inanırıq. Biz inanırıq ki, bu problemin sülh yolu ilə həlli var. Ona görə də biz dövlət katibindən başlayaraq bu məsələ ilə bu qədər dərindən məşğul olmağa davam edirik”.

Blinkenin Vaşinqtonda danışıqların nəticələrini nikbin qiymətləndirməsinə şübhə ilə yanaşan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın reaksiyasını şərh edən Patel deyib ki, bu danışıqlar “İrəvan və Bakının bəyanatları ilə ziddiyyət təşkil edir”. O, əlavə edib ki, rus həmkarının sözlərini düşünməyə çox da vaxt sərf etmir.