Con Makkeyn Rusiya ilə “Vikiliks”in əlaqələri olduğunu bəyan edib.
Con Makkeyn Rusiya ilə “Vikiliks”in əlaqələri olduğunu bəyan edib.
TİA.AZ ölkə.az-a istinadən xəbər verir ki, Con Makkeyn ABŞ konqresinin silahlı qüvvələr üzrə komitəsinin sədridir.
Makkeyn deyib: “Mən bunu təsdiq edə bilmərəm, amma görünür, “Vikiliks” Rusiya ilə əlaqələrə sahibdir”.
Qeyd edilir ki, Con Makkeyn “Vikiliks”in yeni yayımladığı sənədlərdə Rusiyanın “əli” olduğunu sübut edən faktlar təqdim edə bilmir.
Amma jurnalistlərin Moskvanın bu informasiyalara aid olub-olmadığı barədə sualına Makkeyn sarkazmla belə cavab verib: “Təbii ki, yox. Bu kimdisə evinin zirzəmisində mayka-tumanda oturub siqaret çəkən adamdır”.
Qeyd edək ki, 7 mart tarixində Mərkəzi Kəşfiyyat İdarəsinin kiber casusluq üsulları barədə sənədlər yayılmışdı. Sənədlərə əsasən Mərkəzi Kəşfiyyat İdarəsi mobil telefonlardan, evlərdən və avtomobillərdən istifadə edib.