Yaxın Şərqdə Amerikanın 50 min hərbçisi var.
Yaxın Şərqdə Amerikanın 50 min hərbçisi var.
TİA.AZ xəbər verir ki, bunu “Manama dialoqu” təhlükəsizlik konfransında çıxışı zamanı ABŞ Müdafiə naziri Eşton Karter söyləyib. Pentaqon rəhbəri ölkəsinin 5 min nəfərlik hərbi kontingentinin İraq və Suriyada qaldığını bildirib:
“ABŞ-ın bölgədə kifayət qədər böyük hərbi dəniz müdafiə sistemi və raketləri də mövcuddur. Vaşinqtonun müttəfiqlərini istənilən təhdiddən qorumağa hazırıq. ABŞ indi daha geniş imkanlara sahibdir. Regionda bizdən yaxşı alternativ yoxdur. Bizim Yaxın Şərqdə maraqlarımız olduğu üçün buradan uzaqlaşa bilmirik”.