backend

ABŞ-dan şok Səddam Hüseyn ETİRAFI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Kondaliza Rays ABŞ-ın İraq işğalı ilə bağlı maraqlı faktlar səsləndirib. 

Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Kondaliza Rays ABŞ-ın İraq işğalı ilə bağlı maraqlı faktlar səsləndirib.

TİA.AZ xəbər verir ki, K.Rays 2001-2003-cü illərdə müvafiq olaraq Əfqanıstan və İraq işğallarının demokratiya məqsədli olmadığını deyib:

“Biz İraqa demokratiya üçün deyil, Səddam Hüseyni devirmək üçün getdik. Bu bir təhlükəsizlik problemi idi.”

Bruklin İnstitutundakı çıxışında işlətdiyi ifadələri təkzib edən Rays: “Mən heç bir zaman Corc Buşun İraq və Əfqanıstana demokratiya gətirmək üçün hərbi gücdən istifadə etdiyini deməmişəm” – fikirlərini səsləndirib.

Raysın bu çıxışı eyni zamanda, ABŞ və Qərbi Avropada son 2 ildir davam edən populist hərəkatların yüksəlməsi, “azad ticarət və sərhədsiz miqrasiya” sahəsindəki problemlərə etiraz əlaməti kimi qiymətləndirilib