ABŞ Şimali Koreyanın nüvə proqramının dayandırılması barədə danışıqlar aparmaq üçün mərhələli yanaşma mövqeyindən çıxış edəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb.
“Düşünürəm ki, nüvə sınaqlarının dayandırılması daha vacibdir və əhəmiyyətli bir zaman müddətinə hesablanıb. Daha sonra isə növbəti mərhələ üçün hərəkətə başlamaq lazımdır. Proses mərhələləri olacaq. Bu cür şeylər bir gecədə baş vermir, lakin vəziyyət çox təhlükəlidir. Şimali Koreyaya xatırlatmaq istəyirik ki, onları yer üzündən silə bilərik”, – Heyli deyib.
Heyli həmçinin ABŞ prezidenti Donald Trampın müzakirələr barədə danışmasının mövqe dəyişikliyi olmadığını, sadəcə, ümumi xarakter daşıdığını bildirib.
Qeyd edək ki, Şimali Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq nüvə-raket sınaqlarına davam edib.