“Krım Ukraynaya qaytarılana kimi Rusiyaya qarşı tətbiq olunan sanksiyalar davam edəcək”.
“Krım Ukraynaya qaytarılana kimi Rusiyaya qarşı tətbiq olunan sanksiyalar davam edəcək”.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib.
Onun sözlərinə görə, Krım qaytarılana kimi NATO yeni üzvləri üçün qapılarını açıq saxlamalıdır.
“Rusiyanın Luqansk və Donetsk pasportlarını tanıması Ukraynanın şərqində təmin edilməsi üçün göstərilən səylərə təhdiddir. Rusiya Ukraynadakı vəziyyəti gərginləşdirməyə çalışır, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təhdid edir. ABŞ Avropanın təhlükəsizliyini təmin edən institutlara bağlıdır. NATO-ya dəstəyimiz sarsılmazdır. NATO üzvləri ilə əməkdaşlığı gücləndirərək və yeni üzvlər üçün qapıları açıq saxlayaraq ittifaqı daha məhsuldar bir təşkilata çevirmək üçün çalışırıq”, – deyə amerikalı diplomat bildirib.
Nikki Heyli bildirib ki, ABŞ Rusiya ilə əlaqələrin düzələ biləcəyinə inanır.
“Lakin Rusiya ilə əməkdaşlıq ABŞ-ın avropalı dostları və müttəfiqlərinə zərər verməməlidir. Rusiyanı sülhə dəvət edirik”, – o əlavə edib.