ABŞ-dan Rusiyaya növbəti sanksiya

ABŞ-dan Rusiyaya növbəti sanksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, dünyada siyasi seçkilərə müdaxilə və Dünya Anti-Dopinq Agentliyinə kiber hücumda təqsirləndirilən 14 şəxs və 3 quruma sanksiya tətbiq ediləcək. Həmin şəxslərin əksəriyyəti Rusiya Hərbi Kəşfiyyat Servisinin üzvləridir.
İngiltərədə sabiq rus agenti Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsd cəhdində ittiham edilən 2 nəfər də ABŞ-ın qara siyahısına əlavə edilib.
Sanksiya tətbiq edilən şirkət “Nevskiy News LLC2, “Economy Today LLC” və “Federal News Agency LLC”dir. Bu qurumlar kiber hücumlar vasitəsilə seçkilərə müdaxilədə ittiham edilir.