ABŞ-dan Rusiyaya növbəti məhdudiyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti açıq hava məkanı razılaşması çərçivəsində nəzərdə tutulan Rusiya hərbi təyyarələrinin ölkə ərazisində uçuşlarına məhdudiyyət tətbiq edə bilər.

 
 

ABŞ hakimiyyəti açıq hava məkanı razılaşması çərçivəsində nəzərdə tutulan Rusiya hərbi təyyarələrinin ölkə ərazisində uçuşlarına məhdudiyyət tətbiq edə bilər.

TİA.AZ xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” informasiya yayıb.

Məlumata görə, ABŞ bu addımı Kremlin Kalininqrad üzərində uçuşa qoyduğu məhdudiyyətə cavab olaraq qəbul edib. Açıq hava məkanı razılaşmasına əsasən, kəşfiyyat uçuşlarına 5.500 kilometr uçuş həyata keçirməyə icazə verilsə də, Rusiya Kalininqrad üzərində uçuşlara 500 kilometrlik sublimit tətbiq edib. Buna cavab olaraq isə ABŞ-ın məhdudiyyətləri Alyaska və Havay adaları ətrafında tətbiq edəcəyi bildirilib.

Qeyd edək ki, açıq hava məkanı müqaviləsi 1992-ci ilin 24 martında Helsinki şəhərində imzalanıb.