ABŞ-DAN MÜHÜM BƏYANAT: VAŞİNQTON İLHAM ƏLİYEVƏ İNANIR

ABŞ-DAN MÜHÜM BƏYANAT: VAŞİNQTON İLHAM ƏLİYEVƏ İNANIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ ətrafında yaranmış hazırkı vəziyyətdə ABŞ və regiondakı tərəfdaş və müttəfiqlər arasında beynəlxalq müşahidəçilərin yerləşdirilməsinin aydın mexanizmi müzakirə olunur”.

Tribunainfo.az News.am-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə jurnalistin Vaşinqtonun bu məsələni İrəvan və Bakı ilə müzakirə edib-etməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

“Aydın mexanizm regiondakı müttəfiqlərimiz və tərəfdaşlarımızla müzakirə olunmağa davam edən bir şeydir və buna görə də müzakirələr tamamlanana qədər proqnoz vermək istəmirəm. Dövlət katibi bu gün yenidən prezident Əliyevlə danışıb və mülki şəxslərin qeyd-şərtsiz müdafiəsini və sərbəst hərəkətini və Qarabağa humanitar yardımların maneəsiz çıxışını təmin etmək üçün hər hansı hərbi əməliyyatdan çəkinməyin vacibliyini vurğulayıb. Dövlət katibi bu telefon danışığında vurğuladı ki, prezident Əliyev artıq hərbi əməliyyatların olmayacağını deyib. O, həmçinin müşahidə missiyasını qəbul edəcəyini söylədi və biz ondan sözünə sadiq qalacağını gözləyirik”, – Miller bildirib.

Qeyd edək ki, beynəlxalq tərəfdaşların bütün bəyanatları hərbi əməliyyatları bərpa etməmək və qaçqınlara yardım göstərmək çağırışları ilə nəticələnir.