Dünən ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Tribunainfo.az xəbər verir ki, bu dəfəki sanksiyalar da şirkət və gəmilərə şamil olunub.
Məlumatda deyilir ki, həmin sanksiya İran neftini daşıyan 35 şirkət və gəmiyə tətbiq olunub. Əgər həmin gəmilər beynəlxalq sularda üzərsə, onların saxlanlması prosesi həyata keçirilə bilər.
Xatırladaq ki, son iki ayda ABŞ İrana ondan çox sanksiya tətbiq edib. Son zamanlar isə bu sırada əsas yeri neft daşımaları ilə məşğul olan şirkətlər və gəmilər tutmağa başlayıb.