ABŞ-dan hədələyici xəbərdarlıqbackend

ABŞ-dan hədələyici xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi Venesueladakı seçkilərin nəticələrinin demokratik standartlara cavab verməməsindən ciddi narahat olduğunu bildirib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, “Bizim və beynəlxalq ictimaiyyətin səbri tükənir. Mən Venesuela seçki orqanlarından hər kəsin nəticələri görə bilməsi üçün tam və əhatəli seçkilərin nəticələrini açıqlamasını gözləyirəm”.

Ağ Evin Milli Təhlükəsizlik Əlaqələri Direktoru Con Kirbi gündəlik mətbuat brifinqində Venesueladakı son hadisələri dəyərləndirib. Kirbi, Venesueladakı seçkilərin nəticələrinin “demokratik standartlara” və “seçki təhlükəsizliyi prinsiplərinə” cavab vermədiyini iddia edən müstəqil hesabatlarla tam razılaşdıqlarını və bu səbəbdən Nikolas Maduro administrasiyasını hərtərəfli seçki nəticələrini mümkün qədər tez elan etməyə çağırdıqlarını bildirib.