“İsrailin paytaxtı Qüds olmalıdır.”
“İsrailin paytaxtı Qüds olmalıdır.”
TİA.AZ xəbər verir ki, bunu ABŞ mətbuatına açıqlamasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli söyləyib. O, ABŞ-ın İsraildəki səfirliyinin də Qüdsə daşınmalı olduğunu bildirib.
Qeyd edək ki, İsrailin paytaxtının Qüds olması fikrini müdafiə edənlərdən biri də ABŞ Prezidenti Donald Trampdır. Tramp seçki kampaniyası zamanı ABŞ səfirliyini Qüdsə köçürəcəyini demişdi.
Bir müddət öncə isə İsrail Baş naziri Benyamin Netanyahu xarici ölkələri öz səfirliklərini Qüdsə köçürməyə səslədi.
Qeyd edək ki, Fələstin də Qüdsə iddialıdır və bu müqəddəs şəhəri öz paytaxtı hesab edir.