backend

ABŞ-dan etiraf: “İŞİD-i biz yaratdıq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu, tamamilə sinif qarşıdurmasına uyğun bir ssenaridir. 

Bu, tamamilə sinif qarşıdurmasına uyğun bir ssenaridir.

TİA.AZ xəbər verir ki, bunu amerikalı politoloq Aleksandr Azaadqan İŞİD-in yaranmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, indi baş verən hadisələrin təməli 2011-2012-ci illərdə qoyulub:

“Mərakeşdən Pakistana qədər uzanan böyük bir coğrafiyada xeyli gənc toplum var. Burada artım Avropanı xeyli üstələyir. Yüksək işsizlik faizləri və İŞİD radikallığına nəzər yetirsək, İtaliyadan sığınacaq tələbi rədd edilən, həbsdə yatan, Almaniyada silah qaçıran, narkotik qaçaqçısı, killer və sonda İŞİD üzvü olan Anis Amri (Berlin hücumunu törətməkdə şübhəli bilinən şəxs-re) kimi manyaklar qarşınıza çıxır.

“Ərəb baharı”ndan öncə Tunisdə inkişaf etmiş sekulyarizm ölkədəki sələfi hərəkatını boğdu. Hedonist dini inanclar var. İŞİD-çilər deyir ki, “Öl, qəhrəman ol, cənnətə get və 72 huri ilə əbədi yaşa”. Bu, Tunis üçün ideal plandır. Ölkə gəlirin böyük bir hissəsini turzmdən götürür. İndi isə bu sahədə geriləmə var. Eyni zamanda varlı daha da varlanır, kasıb bir az da yoxsullaşır. Bu, tamamilə sinif qarşıdurmasına uyğun bir ssenaridir.

Baş verən hadisələr Qərb üçün təəccüblü olmamalıdır, çünki bunu biz yaratdıq. “Ərəb baharı” Barak Obamanın, Hillari Klintonun və onların ustadı Corc Soros kimi neoliberal dəlilərin uydurması idi. İndi baş verənləri 2011-2012-ci illərdə görməliydik”.